Azərbaycanda 12 illik  təhsil sisteminə KEÇİD: Bu yenilik bizə nə verəcək?backend

Azərbaycanda 12 illik  təhsil sisteminə KEÇİD: Bu yenilik bizə nə verəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil naziri Emin Əmrullayev “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zamanı bildirib ki, məktəbəqədər təhsilə ayrılan müddət, məktəblinin aldığı dərslərin sayı və məzmunu çox önəmlidir.

Nazir əlavə edib ki, bir çox inkişaf etmiş ölkələrdə 12 illik tədris tətbiq edilir:

“Orada öyrənmə saatlarının Azərbaycandan 20-30 faiz çox olduğunu görürük. Biz artıq bu istiqamətlərdə işlərə başlamalıyıq ki, aradakı bu fərqi qısa zamanda və yüksək keyfiyyətlə qət edək. Burada təhsilin fərqli-fərqli sahələrinə diqqət edilməlidir”.

Mövzu ilə əlaqədar təhsil eksperti Adil Vəliyev fikirlərini Editor.az-a bölüşüb:

“Cənab nazirin bugün səsləndirdiyi fikir dəfələrlə gündəm mövzusu olmuşdu ancaq təəsüf ki bir müddət sonra unuduldu. 11 illik təhsil sistemi artıq geridə qalıb və təhsilin orta səviyyəsinin inkişafına maneə törədir.11 illik təhsil sistemində proqramlar həddindən artıq yüklənmiş vəziyyətdə olur və bu demək olar ki şagirdlərin problemlərinin artmasına,psixologiyasının pozulmasına səbəb olur. Ancaq 12 illik təhsildə şagirdlərin dərs yükü biraz daha yüngülləşəcək. İnkişaf etmiş ölkələrin təhsil sistemi ilə maraqlansaq görərik ki, orta təhsil müəssisələri 12 il müddətinə və 3 mərhələdən ibarət olur. Bu zaman 1-6 cı sinif, 7-9 cu sinif, 10-12 ci sinif kimi bir bölgü sistemi olur və məktəbdə bu şagirdlər demək olar ki biri birini görmüş olmurlar.Onu da qeyd edim ki bəzi inkişaf etmiş ölkələrdə təhsil 13-14 il müddətində müəyyən edilib. Hazırda 180 ə yaxın ölkə 12 illik sistemə keçib və biz də ən qısa zamanda bu yeniliyə ayaq uydurmalıyıq”.

//Gülnarə Abasova, Editor.az