Azərbaycanda 15 yaşlı qıza fiziki zorakılıq edilib.
Editor.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev bildirib ki, Suraxanı RPİ nin 31-ci Polis Bölməsində təhqiqat araşdırması aparılır.
Yetkinlik yaşına çatmayan şəxs sığınacağa yerləşdirilib.
Xəsarətlərın dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.


