Şərur rayon sakini turşudan zəhərlənərək ölüb.
Editor.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Kürkənd kəndində baş verib.
Kənd sakini, 2008-ci il təvəllüdlü Ələkbərova Gülnaz Cəmil qızı konservləşdirilmiş xiyar turşusunu yedikdən sonra zəhərlənib. Onu xəstəxanaya çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şərur rayon Prokurorluğunda araşdırma aparılır.