Azərbaycanda 5 ulduzlu hotellərin qiyməti 30%-dən çox artıb.
Milli.Az xəbər verir ki, hazırda 5 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 215,6 manat təşkil edib, bu əvvəlki illə müqayisədə 33,3 % çoxdur.
Ən yüksək qiymət Qəbələdə – 349,9 manat olub. 2-ci yerdə 327 manat olmaqla Quba hotelləri, 3-cü yeri isə 308,8 manat olmaqla Abşeron hotelləri tutub.