Ölkəmizdə akkreditə olmuş diplomatik üzvləri və hərbi attaşelərin Kəlbəcərə səfəri başlayıb. Editor.az-ın yerli bürosunun verdiyi məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə tanışlıq səfərlərinin təşkili davam etdirilir. Səfər Göygöl rayonun Toğanalı kəndində başlayıb. Səfərdə 50-dən çox ölkə və 10-a qədər beynəlxalq təşkilatdan 80 nəfərdən çox diplomat və hərbi nümayəndələr iştirak edir. Bu səfərlər Vətən müharibəsindən dərhal sonra Prezidentin müvafiq tapşırığı əsasında təşkil edilir, məqsəd Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklərlə diplomatların yerində tanış olmasına şərait yaratmaq və bu barədə ölkələrinə məlumat verməsidir.Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri, “ Kəlbəcər-1 ” Su Elektrik Stansisyası,Yeni inşa edilən Murovdağ Tuneli, “ Tunel qatilamı ”nın baş verdiyi ərzi, Kəlbəcər şəhərində Məçid, Bayraq meydanı, Tarix-diyarçünaslıq müzeyi, Qədim daş heykəlləri,Şahmat məktəbinin binası və “İstisu ” sanatoriyası ilə tanış olacaqlar. Səfərin məqsədir diplomatları Ermənistan silahlı qüvvələrinin işğal zamanı Kəlbəcər şəhərində törətdiyi vəhşiliklərlə, cinayət izləri ilə tanış etməkdən ibarətdir.
Qeyd edək ki, Kəlbəcər səfəri Azərbaycanda akkreditə olan diplomatik korpusun işğaldan azad edilmiş ərazilərə artıq sayca 9-cu səfəridir.
//İlham, Editor.az

