Azərbaycanda ana övladını dayəyə verib “yoxa çıxdı”backend

Azərbaycanda ana övladını dayəyə verib “yoxa çıxdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ana uşağını dayənin yanına qoyaraq “yoxa çıxıb”.

Editor.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova paylaşım edib.

O qeyd edib ki, dayə saxladığı uşağın anasının gəlmədiyini görərək onu sığınacağa gətirib:

“Dayə bildirib ki, uşağı anası ona müvəqqəti baxması üçün tapşırıb və artıq 8 gündür ki, nömrəsinə zəng çatmır. Hazırda uşaq sığınacaqdadır”.

M.Zeynalova əlavə edib ki, məsələ barədə artıq polisə məlumat verilib.