Azərbaycanda avtomobil istehsalı azalıbbackend

Azərbaycanda avtomobil istehsalı azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ilin yanvar ayında Azərbaycanda cəmi 96 avtomobili istehsal olunub.

Dövlət Statistika Komitəsindən Milli.Az-a verilən məlumata görə, 2020-ci ilin eyni ayı ilə müqayisədə ölkədə minik avtomobillərinin istehsalı 50% azalıb. Ötən ilin dekabr ayı ilə müqayisədə isə ölkədə minik avtomobillərinin istehsalı 3,2 dəfə azalıb. Fevralın 1-nə hazır məhsul ehtiyatı 213 avtomobil təşkil edib.

Traktorlara gəldikdə, dekabrda və yanvarda Azərbaycanda traktor istehsal olunmayıb və fevralın 1-nə 98 vahid hazır məhsul ehtiyatı qalıb.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda minik avtomobillərinin istehsal 17,4% azalaraq 1 949 ədəd təşkil edib. Traktorlara gəldikdə, ölkədə 2020-ci ildə 300 traktor istehsal olunub ki, bu da illik müqayisədə 66,9% azdır.

Xatırladaq ki, ötən il minik avtomobillərinin istehsalında azalma koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olub. Belə ki, 2020-ci ilin aprelindən ölkədə minik avtomobillərinin istehsalı dayandırılmışdır. İstehsal yalnız iyunda bərpa olunub. Traktorların istehsalı isə may ayından etibarən dayandırılmışdı və yalnız avqustda bərpa olunaraq dekabrda qədər davam etmişdir.

//Editor.az