Azərbaycanda azyaşlı qıza təcavüz edilib? – DİN hərəkətə keçdibackend

Azərbaycanda azyaşlı qıza təcavüz edilib? – DİN hərəkətə keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Neftçala rayon Mirqurbanlı kəndində azyaşlı qızın zorlanması ilə bağlı məlumatlar paylaşılıb.

Vəfa Nağı adlı sosial şəbəkə istifadəçisinin paylaşdığı məlumatda atası ruhi xəstə olan 9-cu sinif şagirdinin (qızın anası yoxdur) üç-dörd oğlan tərəfindən zorlanıb, kənddə yolun kənarına atıldığı iddia edilib.

Bundan başqa, Mirqurbanlı kəndində digər bənzər hadisənin 12-13 yaşlı uşağın başına gəldiyi iddia edilir. Məlumata görə, evdə kimsəsiz olan uşaq yaxınlıqda yaşayan 32 yaşlı kişi tərəfindən zorakılığa məruz qalıb. Uşaq qışqırmağa başlayanda onun səsinə qonşular gəlib. Oğlan polisə aparılsa da sərbəst buraxılıb.

Daxili İşlər Nazirliyindən (DİN) isə Vəfa Nağının Neftçala rayonunda iki azyaşlı qızın təcavüzə məruz qalması haqda paylaşdığı məlumatla bağlı araşdırmalara başladığı bildirilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı Zeyni Hüseynov məlumat verib.

Onun sözlərinə görə, Neftçala rayonunun Günəşli kənd sakini N.M. Polis Şöbəsinə və DİN-in 102-Zəng Mərkəzinə qonşuluqda yaşayan oğlanın onun 11 yaşlı qızını döyməsi və ona qarşı əxlaqsız hərəkətlər etməsi barədə şikayət edib:

“Şikayət əsasında dərhal oğlan saxlanılaraq Polis Şöbəsinə gətirilib və izahatı alınıb. Lakin o, izahatında qıza qarşı heç bir zorakılıq hərəkətləri etmədiyini, yalnız döydüyünü qeyd edib. Buna baxmayaraq, vətəndaşın müraciəti Rayon Polis Şöbəsində araşdırılıb və toplanmış materiallarla birgə rayon prokurorluğuna göndərilib”.

V.Nağının iddia etdiyi ikinci məlumata münasibət bildirən DİN əməkdaşı bu barədə Rayon polis Şöbəsinə heç bir şikayətin daxil olmadığını bildirib:

“Amma buna baxmayaraq həmin iddia əsasında da hazırda araşdırma aparılır”.