Azərbaycanda bank AMB-nin tələblərini pozdubackend

Azərbaycanda bank AMB-nin tələblərini pozdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Sənaye Bankı” Azərbaycan Mərkəzi Bankının (AMB) tələblərini pozub.

Bu barədə Editor.az AMB-yə istinadən xəbər verir. Qeyd edilib ki, “Azərbaycan Sənaye Bankı” ASC tərəfindən məcmu halda likvidliyin örtülmə əmsalının düzgün hesablanmaması nəticəsində 2024-cü ilin fevral ayının sonuna Mərkəzi Banka təqdim edilən hesabatda “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nın 7.2-ci bəndi ilə müəyyən edilmiş həddən yuxarı saxlanması tələbi təmin edilməyib. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələblərini rəhbər tutaraq Mərkəzi Bank tərəfindən “Azərbaycan Sənaye Bankı” ASC-yə bu sahədə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

AMB əlavə edib ki, sözügedən pozuntu bankın maliyyə dayanıqlığı üçün təhdid yaratmır.