Azərbaycanda baş verən güclü zəlzələ nəticəsində dağıntı qeydə alınıb? – AÇIQLAMAbackend

Azərbaycanda baş verən güclü zəlzələ nəticəsində dağıntı qeydə alınıb? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Lerik rayonunda baş verən zəlzələ nəticəsində hər hansı dağıntı olmayıb”.

Bunu Oxu.Az-a açıqlamasında Lerik Rayon İcra hakimiyyətinin müavini, rayon FHN komissiyasının sədri Habil Məlikov deyib.

” Bu gün baş verən zəlzələnin üstündən bir saata yaxın vaxt keçib. Bu müddətdə dağıntı ilə bağlı heç bir məlumat daxil olmayıb. Narahat olmalı hər hansı durum yoxdur”.

Fövqəladə Hallar Nazirliyi ölkənin cənubunda baş vermiş zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan itkisi barədə məlumat daxil olmadığını açıqlayıb.

Bu barədə Oxu.Az-a qurumdan bildirilib.

“Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 28.06.2024-cü il tarixində yerli vaxtla saat 07:43-də Lerik seysmik stansiyasından 27 km şərqdə, Lerik rayonunda 18 km dərinlikdə 5 maqnituda zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 5 bala yaxın, Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücünə qədər hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”, – məlumatda diqqətə çatdırılıb.

Azərbaycanın cənub bölgəsində 5 maqnitudada qeydə alınmış zəlzələ altı rayonda 4 bal gücündə hiss olunub.

Oxu.Az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda – Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabadda 4 bal, digər rayonlarda 3 bal gücündə hiss olunub”, – məlumatda qeyd olunub.

Azərbaycanın cənub zonasında güclü zəlzələ olub.

Oxu.Az Seysmoloji Xidmət Mərkəzinin məlumatına istinadən bildirir ki, gücü 5 balla ölçülən yeraltı təkanlar Talış Dağlıq zonasında, Lerik rayonu ərazisində yerli vaxtla 7:43-də qeydə alınıb.

Təkanlar 18 km dərinlikdə meydana gəlib.