Sabirabadda bir ailənin 4 üzvünün öldüyü yanğından iki nəfər xilas edilib.
Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində həlak olan 1989-cu il təvəllüdlü Tural Ağasəf oğlu İmanovun anası, 1956-cı il təvəllüdlü Bahar Niyaz qızı İmanova və onun digər oğlu, 1983-cu il təvəllüdlü Ruslan Ağasəf oğlu İmanov yanğından yanğından sağ çıxıb.
Məlumata görə, onlar Bakıda yaşayır və həmin gün ailəyə qonaq gəliblərmiş.
Həmin şəxslər evin birinci mərtəbəsində yatdığından hadisədən tez xəbər tutub və yanğından xilas ola biliblər.
Sabirabad rayonunda bir ailənin 4 üzvünün öldüyü yanğın hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın məlumatına görə, yanğının evdə qısaqapanmadan baş verdiyi ehtimal edilir.
Belə ki, ikimərtəbəli evdə qoşulu qalan kondisioner qızıb və evin elektrik xəttində qısaqapanma yaranıb. Nəticədə evin birinci mərtəbəsində naqillərdə alışma baş verib.
Hadisə zamanı ailə evin ikinci mərtəbəsində olduğundan yanğından gec xəbər tutub.
Nəticədə ailənin 4 üzvü evlə birlikdə yanaraq ölüb.
Faktla bağlı araşdırmalar davam edir.