Azərbaycanda bu bank 15 milyon manat cərimə edildibackend

Azərbaycanda bu bank 15 milyon manat cərimə edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ildə Dövlət Vergi Xidməti Azərbaycan Beynəlxalq Bankını (ABB) 15 milyon manat cərimələyib.

Editor.az xəbər verir ki, məlumatlı mənbədən “AzPolitika.info”-ya verilən məlumata görə, buna bankın fəaliyyətində müvafiq qanunverciliyinin pozulması halları səbəb olub.

Bu barədə ABB-yə ünvanladığımız soruğu nə təsdiq, nə də təkzib edilib.

Xatırladaq ki, Bank ötən il büdcəyə 150 milyon manat divident, 53 milyon manat vergi ödəməklə sektorda ən yüksək göstəricilərdən birinə imza atıb.

2020-ci ildə ABB-nin xalis mənfəəti 129.4 milyon manat olub. Büdcəyə ödənilən divident isə bu rəqəmdəm 20.6 mln. manat artıqdır.

Yəni ABB faktiki qazandığından daha çox vəsait ödəyib ki, ekspertlər bu məbləğin avans formasınada büdcəyə köçürüldüyü qənaətindədirlər. Maraqlıdır, Bank ödhəliklərindən daha artıq ödənişlər etsə də Dövlət Vergi Xidmətinin cəriməsindən yaxa qurtara bilməyib.

Xatırladaq ki, ABB-nin gəlirləri pandemiya və iqtisadi şərtlərin ağırlaşması səbəbindən 2019-cu illə müqayisədə təxminən iki dəfə azalaraq, 374.8 mln. manatdan 182.8 mln. manata düşüb.