“AFB Bank” kredit faizlərini artırıb.
“Yeni Sabah” xəbər verir ki, bank aprel ayından etibarən minimal kredit faizlərini 10,9%-dən 11,15%-ə yüksəldib. Bu 0,25% bəndi çoxdur.
Bank 50 min manata kimi krediti 3-59 ayadək müddətə təklif edir. Yaş həddi isə 20-70 yaş müəyyən edilib. Bankda faktiki illik faiz dərəcəsi isə 13.10% – 17.60% arasında dəyişir.
Xatırladaq ki, “AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,4 mln. manatdır. Bankın səhmlərinin 99,64%-i İsmayılov Hikmət Əbuzər oğluna, 0,18%-i Muradov Cəmil Tahir oğluna və 0,18%-i Hacıyev Toğrul Ülvi oğluna məxsusdur.