Azərbaycanda bu gün 130 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, bir nəfər vəfat edibbackend

Azərbaycanda bu gün 130 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, bir nəfər vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 130 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

İndiyədək ümumilikdə 40 691 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 38 496 nəfər müalicə olunaraq sağalıb, 596 nəfər vəfat edib, aktiv xəstə sayı 1 599 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 794, ötən müddət ərzində isə ümumilikdə 1 137 121 test aparılıb.