Azərbaycanda bu gün koronavirusa yoluxanların sayı açıqlandıbackend

Azərbaycanda bu gün koronavirusa yoluxanların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 4 323 yeni yoluxma faktı qeydə alınıb, 2 180 nəfər sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 42 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 142 323 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 85 980 nəfər müalicə olunaraq sağalıb, 1 593 nəfər vəfat edib, aktiv xəstə sayı 54 750 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 778, bu günə qədər isə ümumilikdə 1 817 804 test icra olunub.