Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI – VİDEObackend

Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yumurtanın qiymətində kəskin ucuzlaşma müşahidə edilir.

Editor.az  Xəzər TV-yə istinadən bildirir ki, ucuzlaşma prosesi təxminən bir neçə gün bundan əvvəl başlayıb və qiymətin enməsi mövsümi xarakter daşıyır.

Hazırda əvvəllər 16-17 qəpiyə satılan yumurtanın bir ədədi mağazalarda 8- 9 qəpiyə satılır.

Bölgələrdə də yumurtanın qiymətində ucuzlaşma müşahidə edilir. Yevlaxda bir müddət əvvəl 30-40 qəpiyə satılan kənd yumurtası hazırda 10-15 qəpiyə təklif edilir. Hazırda bu rayonda yumurta 10 qəpiyə alınır və 15 qəpiyə satılır.

Şəki bazarlarında da əvvəl 35 qəpiyə olan kənd yumurtası hazırda 13-15 qəpiyə satılır.

Satıcılar qiymətin ucuzlaşmasını məhsul bolluğu ilə əlaqələndirirlər.

Editor.az  xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir: