Azərbaycanda bu səbəbdən qapanmalara gedilmir – TƏBİBbackend

Azərbaycanda bu səbəbdən qapanmalara gedilmir – TƏBİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaksinasiya başlayandan bəri bir neçə dəfə yoluxma halları ciddi şəkildə artıb. Amma karantin sərtləşdirilməsinə getməmişik. Bu da vaksinasiyanın müsbət təsiridir.

Editor.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva Bakıda “COVİD-19: Erkən və Gecikmiş Fəsadlar” mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

O qeyd edib ki, pandemiyanın ilk dövrlərində vaksinasiya prosesi başlamadığı üçün həmin vaxt qapanmalar yeganə çıxış yolu idi, indi isə vəziyyət fərqlidir:

“Bu da vaksinasiyanın təsiridir. Vaksinasiyanın effektivliyini göstərən bundan yaxşı nümunə ola bilməz. Mütləq peyvənd vurdurmaq lazımdır. Bu gün tövsiyə olunduğu kimi buster doza vaksini vurdurmalıyıq”.