Azərbaycanda COVID-19-la bağlı vəziyyət sabitdirbackend

Azərbaycanda COVID-19-la bağlı vəziyyət sabitdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda Azərbaycanda koronavirus pandemiyası ilə bağlı vəziyyət sabitdir”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, yoluxma hallarının sayındakı rəqəmlər də bunu sübut edir.

Qeyd edək ki, son günlər ölkədə koronavirusa yoluxma saylarında azalma qeydə alınır. Belə ki, ötən sutka 555 nəfər virusa yoluxub, hazırda aktiv xəstə sayı 7 228 nəfər təşkil edir.

//Report