Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma – FOTObackend

Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirusa 349 yeni yoluxma faktı qeydə alınıb, 494 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 226 549 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 213 773 nəfər müalicə olunaraq sağalıb, 2 983 nəfər vəfat edib, aktiv xəstə sayı 9 793 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 231, ötən müddət ərzində isə ümumilikdə 2 302 843 test aparılıb.