Azərbaycanda daha 15 nəfər koronavirusdan öldü: 519 yeni yoluxma – FOTObackend

Azərbaycanda daha 15 nəfər koronavirusdan öldü: 519 yeni yoluxma – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirusa (COVID-19) 519 yeni yoluxma faktı qeydə alınıb, 1 276 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 15 nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 11 607 nəfərdir.

Ölkədə son sutka ərzində 7 898, hazırkı dövrədək isə 2 279 907 test aparılıb.

Ümumi ölənlərin sayı 2 941 nəfərdir.

Ümumi yoluxanların sayı 225 346 nəfər, ümumi sağalanların sayı 210 798 nəfərdir.