Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 230 yeni yoluxma – FOTObackend

Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 230 yeni yoluxma – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirusa (COVID-19) 230 yeni yoluxma faktı qeydə alınıb, 122 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

Aktiv xəstə sayı 2016 nəfərdir.

Ölkədə son sutka ərzində 7064, hazırkı dövrədək isə 1176720 test aparılıb.