Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 182 yeni yoluxma – FOTObackend

Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 182 yeni yoluxma – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 182 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

Aktiv xəstə sayı 1653 nəfərdir.

Ölkədə son sutka ərzində 5261, hazırkı dövrədək isə 1150658 test aparılıb.