backend

Azərbaycanda dəhşət: Ana və iki cavan oğlu öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İyunun 29-na keçən gecə Masallıda baş vermiş dəhşətli yol qəzasında vəfat edənlərin sayı 3-ə çatıb.
Lent.az xəbər verir ki, “VAZ” markalı minik avtomobilinin “Shacman” markalı yük maşınına çırpılması nəticəsində ağır xəsarət alan 26 yaşlı Mahir Bayramov xəstəxanada keçinib.
Qeyd edək ki, Mahir Bayramovun qardaşı – avtomobili idarə edən Elmin Bayramovla anası Reyhanə Abbasova hadisə yerində vəfat etmişdi.
Yük avtomobilində olan Beyləqan rayon sakinləri, 1980-ci il təvəllüdlü Mehdi Hüseynov və Bəhruz Qafarov isə ağır xəsarət alıblar. Onların həyatı üçün təhlükə qalmadığı bildirilib.