Azərbaycanda DƏHŞƏT: kişi arvadını, qayınanasını və onun qardaşını…backend

Azərbaycanda DƏHŞƏT: kişi arvadını, qayınanasını və onun qardaşını…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlax rayonunda üç nəfər bıçaqlanıb.

Editor.az APA-ya istinadən xəbər verir ki, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Onların bir ailənin üzvü olduqları bildirilir.

Məlumata görə, hadisə ailənin kürəkəni tərəfindən törədilib. Yaralılardan birinin vəziyyəti ağır, ikisinin durumu stabildir.

APA-nın əldə etdiyi məlumata görə, bıçaqlanma ailə münaqişəsi zəminində baş verib.

Yevlax rayonunda bir ailənin üç üzvünün bıçaqlanması ilə bağlı bəzi məqamlar məlum olub.

Rayon sakini Səbuhi Həsənov həyat yoldaşı Nazənin Həsənova, onun anası Vüsalə Bağırova və qayınanasının qardaşı Ümid Bağırovu bıçaqlayıb.

 

Onlar xəstəxanaya yerləşdirilib. Ümid Bağırovun vəziyyəti ağır, digərlərinin durumu orta-ağır qiymətləndirilir.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən Səbuhi Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.