Azərbaycanda dəhşətli avtobus qəzası – xeyli sayda yaralı varbackend

Azərbaycanda dəhşətli avtobus qəzası – xeyli sayda yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda “Hyundai” markalı mikroavtobus aşıb, xəsarət alanlar var.

Editor.az  APA-ya istinadən bildirir ki, hadisə Sumqayıt Texnologiyalar Parkının qarşısından keçən avtomobil yolunda qeydə alınıb. Şirkətə məxsus mikroavtobusun sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarina aşırıb. Qəza nəticəsində 7 nəfər xəsarət alıb. Onlara xəstəxanada tibbi yardım göstərildikdən sonra ambulator nəzarətə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.