Azərbaycanda dəhşətli qəza- “Hyundai” qaz borusuna çırpıldı, 3 nəfər yandı – FOTOlarbackend

Azərbaycanda dəhşətli qəza- “Hyundai” qaz borusuna çırpıldı, 3 nəfər yandı – FOTOlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdədə yol qəzası baş verib.

Editor.az  xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumata görə, rayonun Mollaisalar kəndində “Hyundai” markalı minik avtomobilinin yol kənarındakı qaz borusuna çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Yanğın nəticəsində avtomobilin yanar hissələri və qaz borusundan sızan qaz yanıb. Yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.