Azərbaycanda dəhşətli qəza – İçərisində polislər olan “Fiat” Kürə düşdü – Ölən varbackend

Azərbaycanda dəhşətli qəza – İçərisində polislər olan “Fiat” Kürə düşdü – Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlaxda polis maşını Kür çayına düşüb.

Editor.az unikal.org-a istinadən xəbər verir ki, hadisə Kür çayı üzərində yerləşən köhnə körpü üzərində baş verib.

Xidmət yerinə gedən polis maşını idarəetmədən çıxaraq körpüdən Kür çayına düşüb. Qəza zamanı maşında 4 polis əməkdaşı olub. 1996-cı il təvəllüdlü Əsədov Süleyman Təyyar oğlu, 1997-ci il təvəllüdlü Həsənov Səfər Tariyel oğlu və 2001-ci il təvəllüdlü Elgün Mehmanoğlu batan maşından sağ qurtularaq sahilə çıxarılıb.

1996-cı il təvəllüdlü Məmmədov Kamran Azər oğlu isə çayda batıb. Onun axtarışlarına hazırda dalğıc axtarış qrupu cəlb olunub.

Yevlaxda polis əməkdaşı həlak olub.

Edito.az  qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 7:00 radələrində baş verib.

DİN-in Mətbuat Xidmətindən saytımıza bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Kamran Məmmədov təlimə gedərkən rayon ərazisində baş vermiş yol-nəqliyyat hadisəsı nəticəsində həlak olub.

Faktla bağlı araşdırma aparılır.