Azərbaycanda dəhşətli qəzada iki nəfər ölüb – FOTObackend

Azərbaycanda dəhşətli qəzada iki nəfər ölüb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda ağır yol qəzası baş verib.

Editor.az APA-ya istinadən bildirir ki, hadisə Lənkəran-Astara yolunun rayonun Vel kəndindən keçən hissəsində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı daş hasara çırpılması nəticəsində üç nəfər xəsarət alıb. Onlar təcili yardımla Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alanlardan ikisinin – sürücü, 1999-cu il təvəllüdlü Fariz Ramiz oğlu Əliyev və onun sərnişini, 2000-il təvəllüdlü Ruslan Natiq oğlu Hüseynzadənin orada öldüyü bildirilir. Ağır yaralanan digər sərnişin isə 1990-cı il təvəllüdlü Tərlan İslam oğlu Rəhimovdur.

Məlumata görə, qəzaya düşənlər Lənkəran rayonu Səpnəkəran kənd sakinləridir.

Faktla bağlı araşdırma aparılır.