Azərbaycanda dönərdə bakteriya aşkarlandı – FOTObackend

Azərbaycanda dönərdə bakteriya aşkarlandı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Mingəçevirdə dönərdə bakteriya aşkarlayıb, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, Mingəçevir şəhəri, H.Əliyev prospekti və İ.Qayıbov küçəsinin kəsişməsində fəaliyyət göstərən “Minchicago” dönərxanasında Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı qida obyektində sanitar norma və qaydalarının, gigiyena normativlərinin tələblərinin pozulduğu məlum olub.

Bişmiş toyuq dönərindən götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində mikrobioloji göstəricilərində uyğunsuzluq (E.Coli) aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq səlahiyyətli şəxs barəsində inzibati cərimə tətbiq edilib, nöqsanlar aradan qaldırılanadək dönər satışının dayandırılması ilə bağlı müvafiq qərar qəbul olunub və icrası zəruri göstərişlər verilib.