Azərbaycanda əhali banklardan dollar alışını azaldıbbackend

Azərbaycanda əhali banklardan dollar alışını azaldıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-sentyabr aylarında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 3.4% (361 mln. manat) artaraq, 10,993 mln. manat təşkil edib.

APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, əmanət portfelinin 54.3%-i (5,964.2 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 17,992.3 mln. manat olmaqla (ay ərzində artım 3.4% və ya 590.3 mln. manat), hüquqi şəxslərin cəmi depozit portfelinin (20,380.7 mln. manat) 88.3%-ni təşkil edib. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması sentyabr ayında əvvəlki aya nəzərən 0.5 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 4.4 faiz bəndi azalaraq 39.2% təşkil edib.