Azərbaycanda futbol hakimi yüksək vəzifəyə TƏYİN OLUNDUbackend

Azərbaycanda futbol hakimi yüksək vəzifəyə TƏYİN OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına (AKTA) yeni icraçı direktor təyin edilib.

Editor.az  bu barədə AKTA-ya istinadən xəbər verir.

Bildirilib ki, AKTA-nın operativ fəaliyyətinin və sistemli inkişafının təmin edilməsi məqsədilə təşkilat daxilində struktur dəyişikliyi aparılaraq, İcra Aparatı formalaşdırılıb.

Ümumi yığıncağın qərarına əsasən, idarə heyətinin sədr müavini Rauf Cabarov AKTA-nın icraçı direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Rauf Cabarov həm də futbol hakimi olaraq fəaliyyət göstərir. O, 2003-cü ildə futbol hakimi karyerasına başlayıb, 2019-cu ildən isə FIFA bayrağı altında matçlara təyinat alır.