Azərbaycanda gecə dəhşəti: Qonşu rayonlardan kömək çağırdılar
Editor.az APA-ya istinadən xəbər verir ki, bu gecə Bərdə rayonunda çoxmənzilli binada yanğın baş verib.
Hadisə Heydər Əliyev prospektində, rayon icra hakimiyyəti binasının yaxınlığında qeydə alınıb. Əraziyə yanğınsöndürən briqada cəlb olunub. Ətraf binalardan əhali təxliyə edilib. Qonşu rayonlardan kömək üçün əlavə qüvvə çağırılıb.

