Azərbaycanda güclü partlayış: 2 nəfər dağıntılar altından çıxarıldıbackend

Azərbaycanda güclü partlayış: 2 nəfər dağıntılar altından çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunun Xırdalan şəhərində evdə partlayış olub.

Pravda.az-ın xəbərinə görə, hadisə şəhərin mərkəzi hissəsində baş verib.

Partlayışdan sonra evdə yanğın başlayıb. Zərbənin təsirindən yaxınlıqdakı çoxmərtəbəli binaların mənzillərinin şüşələri sınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.

FHN-dən bildirib ki, iki nəfər dağıntılar altından çıxarılıb. Onlardan biri qadın, digəri uşaqdır.

Axtarış-xilasetmə işləri davam edir.

Hadisənin səbəbləri dəqiqləşdirilir.