Azərbaycanda hakim vəfat etdi – FOTObackend

Azərbaycanda hakim vəfat etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda məhkəmə sədri vəfat edib.

Oxu.Az xəbər verir ki, Cəbrayıl Rayon Məhkəməsinin sədri, 1958-ci il təvəllüdlü Nuriyev Mehman Bağış oğlu uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

O, Biləsuvar rayon qəbiristanlığında dəfn olunub.

Xatırladaq ki, M.Nuriyev 1958-ci ildə Biləsuvar rayonunda anadan olub. O, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib və həmin ildən də prokurorluq və məhkəmə orqanlarında müxtəlif vəzifələrdə işləyib. M.Nuriyev 1990-1995-ci illərdə Neftçala Rayon Prokurorluğunun müstəntiqi, prokuror köməkçisi, 1995-1998-ci illərdə Quba rayon prokurorunun müavini, 1998-2006-cı illərdə Masallı rayon prokurorunun müavini, rayon prokuroru, 2006-2007-ci illərdə Respublika Baş Prokurorluğunun Dövlət ittihamı idarəsinin prokuroru, 2007-2014-cü illərdə Şəki Rayon Məhkəməsinin sədri, 2014-2019-ci illərdə Şirvan İnzibati-iqtisadi Məhkəməsinin sədri, 2020-ci ildən isə Cəbrayıl Rayon Məhkəməsinin sədri vəzifəsində çalışırdı.