Azərbaycanda hamilə qadın dəm qazından zəhərləndibackend

Azərbaycanda hamilə qadın dəm qazından zəhərləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şabranda hamilə qadın dəm qazından zəhərlənib.

Editor.az report-a istinadən bildirir ki, 1996-cı il təvəllüdlü Qərənfil Ağayar qızı Tapdıqlı hamam otağında huşsuz vəziyyətdə tapılıb.

O, təcili tibbi yardımın köməyi ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Q.Tapdıqlıya xəstəxanada dəm qazından zəhərlənmə diaqnozu qoyulub.

Xəstəyə tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.