Azərbaycanda hər bir şəxsin öz fikrini ifadə edə bilməsi üçün tam azadlıq var-ŞƏRHbackend

Azərbaycanda hər bir şəxsin öz fikrini ifadə edə bilməsi üçün tam azadlıq var-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

“Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir. Bu yolda hansı dövlət iddia edir ki, onun demokratiyası zirvədədir, bu,  yanlış yanaşma olar. Çünki demokratiyanın son nöqtəsi yoxdur. Bu, bir prosesdir və əsas məsələ yolda irəliləyərək demokratik hüquq və azadlıq sistemini formalaşdırmaqdır”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Millət vəkili bildirib ki,  Azərbaycanda bu yolu  Ulu Öndər Heydər Əliyev müəyyən edib:

“Bu istiqamətdə atılan ilk addım ölüm hökmünün ləğvidir. Bu gün özünü demokratiyanın carçısı hesab edən bir çox dövlətdə hələ də ölüm hökmü mövcuddur. Daha sonra Azərbaycanda sezura ləğv olunub. Bu gün ölkəmizdə əhalinin təxminən 80 faizi internet istifadəçisidir və bu gün sosial şəbəkə istifadəçiləri istədiyi fikri yaza bilir, mövqeyini ifadə edə bilir. Bu məntiqlə söyləmək olar ki, Azərbaycan bu gün söz, mətbuat, sərbəst toplaşma azadlığının təmin edildiyi ölkələr sırasındadır. Azərbaycanda hər bir şəxsin öz fikrini ifadə edə bilməsi üçün tam azadlıq var. Sosial şəbəkədən istifadə edən şəxslər nəinki fikrini ifadə edir, hətta təhqirə yol verir, insanların şərəf və ləyaqətini də alçalda bilir. Buna görə həmin şəxslərə  heç bir təzyiq də yoxdur”.

Elman Nəsirov Azərbaycanda sərbəst toplaşmaq azadlığının da tam təmin edildiyini diqqətə çəkib:

“Bəzi müxalif dairələr məhz bu məsələdə ölkəmizi ittiham edirlər. Qaradağ rayonu ərazisində müxalifətin öz mitinqlərini rahat şəkildə təşkil  etməsi üçün stadion ayrılıb. Qaradağ Bakının ərazi baxımından ən böyük rayonudur. Ancaq nədənsə müxalifət orada mitinq keçirtmək istəmir. Səbəb isə odur ki, müxalifətin sosial bazası yoxdur. Onlar istəyirlər ki, şəhərin mərkəzində küçədən keçən, avtobusdan düşən, metrodan çıxan insanlar belə həmin prosesin mərkəzinə düşmüş olmuşlar. Bununla da şəkillər çəkib fon yaradırlar ki, guya bu qədər insan  mitinqin iştirakçısıdır. Azərbaycanda bu gün Ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi demokratik inkişaf siyasətini uğurla davam etdirir. Ölkəmizdə yeni siyasi konfiqurasiya formalaşıb, yeni siyasi dialoq mühiti yaranıb. Ölkədə müxalifət və iqtidar partiyaları ən mühüm məsələləri qarşılıqlı anlaşma yolu ilə müzakirə edirlər.  İkinci Vətən müharibəsində də bu bir daha öz təsdiqini tapdı”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.