Azərbaycanda icra nümayəndəsinin asılmış meyiti tapıldıbackend

Azərbaycanda icra nümayəndəsinin asılmış meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuzda intihar hadisəsi baş verib.

Editor.az APA-ya istinadən bildirir ki, rayonun Göyəbaxan kəndinin icra nümayəndəsi, 1970-ci il təvəllüdlü Barat Məhərrəmov yaşadığı evdə özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.