“Büdcə xərcləmələri, sosial məsələlərə xərclənən  vəsaitin əsas mənbəyi neft-qaz sektorudur”-Natiq Cəfərlibackend

“Büdcə xərcləmələri, sosial məsələlərə xərclənən  vəsaitin əsas mənbəyi neft-qaz sektorudur”-Natiq Cəfərli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ilin ilk günlərində ölkə başçısı İlham Əliyev tərəfindən son 5 ildə sayca dördüncü sosial paketin icrasına dair sərəncam imzalandı. Sənədə əsasən minimum əməkhaqqı ilə pensiya məbləği və demək olar, bütün növ sosial müavinətlər, təqaüdlər artırıldı. 1,9 milyon vətəndaşı əhatə edən sözügedən bu yeni sosial paketin icrası üçün il ərzində 750 milyon manat vəsait xərclənəcək.

İqtisadçı ekspert Natiq Cəfərli Editor.az-a bildirib ki, Azərbaycanda istənilən büdcə xərcləmələri və büdcənin əsas mənbəyi neft-qaz sektorudur:

” Rəsmi rəqəmlər də göstərir ki, birbaşa və dolayı yolla büdcəyə daxil olmaların ümumi faiz nisbəti 65-70 faizə yaxındır. Bunun 50 faizə yaxını birbaşa neft fondundan transfertlərdir. Təqribən 20 faizə yaxın isə neft sektorundan gələn vergilər və neftdən gələn pulların büdcə xərcləmələri vasitəsilə infrastruktur layihələrində yaratdığı əlavə dəyər və ondan tutulan vergilərdir. Ona görə istənilən halda Azərbaycanda hələ də büdcə xərcləmələri, sosial məsələlərə xərclənən  vəsaitin əsas mənbəyi neft-qaz sektorudur və bu neçə illərdir belə də davam edir”.

//Gülnarə Abasova, Editor.az