Azərbaycanda istifadə olunan və bazarda tələbatı olan İT proqramlar hansılardır?- Ekspertdən açıqlamabackend

Azərbaycanda istifadə olunan və bazarda tələbatı olan İT proqramlar hansılardır?- Ekspertdən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İT sahəsi olduqca geniş və əhatəlidir . Peşəkar mütəxəssislər və texnologiya həvəskarları bu sahənin gələcəyin əvəzolunmaz bir ixtisası olduğundan daim özlərini inkişaf etdirirlər. Lakin burada saatlarla oxumaq yetərli deyil .Hər bir peşədə olduğu kimi burda da yatırım etmək , lisenziyalı program təminatları almaq vacibdir . İlk öncə lisenziyalı bir məhsul istifadə etmək bizə təhlükəsizlik təmin edir . Hətta dünyada və eləcə də Azərbaycanda İT auditi adlanan bir şöbə mövcuddur .

Həmin şöbənin əsas məqsədi proqram təminatlarının ölkədə düzgün istifadəsini təmin etmək və məhsulun piratçılığının qarşısını almaqdır. Əsasən qiyməti nisbətən bahalı olan texnologiya məhsulları və proqram təminatları bu cür piratçılığa məruz qalır . İT auditinin işi dövlət səviyyəsində öz həllini tapır.“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu “ bu tip cinayətlərin qarşısını alır .

Ən məşhur İT-də istifadə olunan və İT –yə bağlı olan proqram təminatları hansılardır?

Bu proqram təminatları dövlət idarələrində, dövlətə mənsub olan şirkətlərdə, özəl şirkətlərdə və fiziki şəxslər tərəfindən istifadədə olunur .

Ölkəmizdə ən çox lisenziyası alınan proqramlar bunlardır : 1C ( maliyyə hesabatı programı) , Microsoft məhsulu olan proqramlar , Vmware və ESXİ İT virtuallaşdırma proqramlarıdır . Hyper-V adlanan proqram isə pulsuzdur.

Microsoft şirkətinin əsas qazancı isə Windows əməliyyat sistemlərindən və ofis proqramlarından olur .1C proqramı olduqca mürəkkəb, lakin geniş əhatəli bir təminatdır . Bazarda proqramın tələbatı böyükdür , və bu proqramı həm maliyyə, həm İT tərəfin bilən mütəxəssislərinə olduqca böyük təlabat var . 1C-nin nə qədər çox funksional olması barədə isə sonsuz danışmaq olar .

Kifayət qədər məşhur olan APPLE şirkəti isə yenə öz performansını qorumaqdadır . MacOS brend olaraq bazarda öz mövqeyini qoruyub və qoruyacaq da. İOS telefonlarda və İpad- larda istifadə olunan MacOS ,Macintosh ailəsinə aid bir əməliyyat sistemidir , və təhlükəsizlik baxımından öz sözünü deyir.

Ən çox piratçılıqa məruz qalan isə Microsoft məhsullarıdır . Bu məhsulların lisenziyası sındırılaraq satışı və tətbiqi istifadə olunan avadanlığa ziyan verir və sıradan çıxardır . Ona görə Microsoft paketlərini və proqram təminatlarını yalnız rəsmi distribyutordan əldə etmək və rəsmi internet səhifəsindən endirmək tövsiyyə olunur .

İT üzrə ekspert Səkinə İlqarqızı