Azərbaycanda istirahət mərkəzinə gedən avtobus qəzaya düşdü, ölənlər və xeyli yaralı varbackend

Azərbaycanda istirahət mərkəzinə gedən avtobus qəzaya düşdü, ölənlər və xeyli yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabadda dəhşətli yol qəzası baş verib.

Editor.az  APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə 2 nəfər ölüb, çoxlu sayda xəsarət alan var.

Xəsarət alanlar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.

Hazırda hadisənin təfərrüatları, ölən və xəsarət alanların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.