“Azərbaycanda keçiriləcək prezident seçkiləri regionun təhlükəsizliyi üçün çox önəmlidir”- Millət vəkilibackend

“Azərbaycanda keçiriləcək prezident seçkiləri regionun təhlükəsizliyi üçün çox önəmlidir”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ölkəmizdə növbədənkənar prezident seçkiləri keçirilməsi təbii olaraq region dövlətlərinin də marağına səbəb olub. Xüsusilə, qonşu Ermənistan siyasi fiqurları Azərbaycandakı prezident seçkiləri barədə öz narahatlıqlarını ifadə edirlər, lakin növbədənkənar prezident seçkilərindən sonra da Azərbaycan Ermənistanla münasibətlərini beynəlxalq hüququn müəyyən etdiyi norma və prinsiplər üzrə davam etdirəcək”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkili bildirib ki, Prezident seçkilərinin nəticəsindən asılı olaraq Azərbaycan qonşu dövlətlərlə münasibətlərinə radikal dəyişikliklər etməyəcək:

“Seçkilərdən sonra da dövlətimiz Ermənistanla hazırda münasibətlərdə olan mövcud problemlərin həlli istiqamətində məqsədyönlü siyasətini davam etdirəcək. Bura ilk növbədə sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyası ilə bağlı amillər daxildir. Ermənistan ictimaiyyəti bu proseslərdən narahat olmamalıdır. Regionda dayanıqlı inkişaf və stabilliyin təmin edilməsi Ermənistan üçün də faydalı olacaq. Bu baxımdan Azərbaycanda keçiriləcək prezident seçkiləri ümumiyyətlə regionun təhlükəsizliyi üçün çox önəmlidir. Region ölkələri Azərbaycanla əməkdaşlıqdan sadəcə fayda əldə edəcəklər”.

//Gülnarə Abasova, Editor.az