Azərbaycanda keçmiş məmurun ailəsində faciə – FOTObackend

Azərbaycanda keçmiş məmurun ailəsində faciə – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

9 gün əvvəl İsmayıllı rayonunda baş vermiş yanğın zamanı xəsarət alan şəxs dünyasını dəyişib.

Editor.az modern.az-a istinadən xəbər verir ki, rayonun Quşencə kəndində qeydə alınmış yanğın zamanı xəsarət alan Sovetxan Muradəliyev ötən gün xəstəxanada vəfat edib.
Qeyd edək ki, yanvarın 13-də Sovetxan Muradəliyevə məxsus evdə güclü yanğın olub. Yanğın zamanı ev sahibinin həyat yoldaşı 1943-cü il təvəllüdlü Muradəliyeva Ruhəngiz Yunis qızı aldığı yanıq xəsarətləri səbəbindən hadisə yerində ölüb. Ağır xəsarətlər alan Sovetxan Muradəliyev Respublika Yanıq Mərkəzinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.