Azərbaycanda kişilərin yeni şantaj növü: “Sextortion” – DİQQƏTbackend

Azərbaycanda kişilərin yeni şantaj növü: “Sextortion” – DİQQƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Azərbaycanda kiber şantajın bir növü olan “Sextortion” halları yenidən artıb. Qayanrinfo xəbər verir ki, bunu texnoloq Fərid Pərdəşünas deyib.

O qeyd edib ki, bu, ailələrin dağılmasına, intiharlara səbəb olan təhlükəli hücum növlərindən biridir.

“Hücum zamanı türk dilində danışan xanımlar onlayn danışıqlar təşkil edərək, qarşı tərəfin intim hərəkətlər etməsini tələb edir. Bu hərəkətlər isə videogörüntü formasında qeydə alınır, daha sonra şantaja başlanılır. Xüsusilə mövzudan xəbərsiz olan və texnologiya ilə zəif davranış göstərən və təbii ki, hisslərinə məğlub olan şəxslər bu hücumun qurbanı olur. Lazım olan məbləğlər hər ay ödənilmədikdə, çəkilən videonuz bir-bir dostlarınıza göndərilir”, deyə ekspert qeyd edib.