Azərbaycanda kişinin azyaşlı qızına işgəncə verməsinin görüntüləri – YENİLƏNİB + VİDEObackend

Azərbaycanda kişinin azyaşlı qızına işgəncə verməsinin görüntüləri – YENİLƏNİB + VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda doqquz yaşlı qızın atası tərəfindən işgəncə görməsinə münasibət bildirib.

Komitənin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Oxu.Az-a açıqlamasında bildirib, yayılan məlumatlarla bağlı araşdırma aparılır:

“Məsələ müəyyənləşdirilir və tədbir görüləcək”.

14:33

“Azərbaycanda doqquz yaşlı qız atasından şiddət görür”.

Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, Rauf Vəliyev adlı şəxs doqquz yaşlı M.M-nı işgəncə verərək döyüb.

“Həmin şəxs “WhatsApp” vasitəsi ilə keçmiş həyat yoldaşına zəng edir və qızına işgəncə verir.

Cütlük 10 il qeyri-rəsmi şəkildə birlikdə yaşayıblar. Artıq ayrılıblar və qadın Rusiyanın Moskva şəhərində yaşayır. Qadının Raufdan ayrılma səbəbi işgəncə görməsidir”, – deyə K.Ağazadə əlavə edir.

İ