Azərbaycanda koronadan ölüm hallarının artmasının səbəbi… – Həkim AÇIQLADIbackend

Azərbaycanda koronadan ölüm hallarının artmasının səbəbi… – Həkim AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Epidemioloji vəziyyətin pisləşməsi dünya üzrə müşahidə edilir, artıq bəzi Avropa ölkələrində qapanmalara gedilməsi ilə bağlı qərar veriləcək. Hətta bəzi Avropa ölkələrində bir xəstədə iki ştamın olması xeyli narahatlıq doğurur. Yəqin ki, Azərbaycanda bu cür situasiyalar var. Azərbaycanda ölüm hallarının artması bəlkə də bununla izah olunur.

Publika.az xəbər verir ki, bu sözləri professor Adil Qeybulla deyib.

Ekspert qeyd edib ki, Azərbaycanda bəziləri xəstəliyi həqiqətən ağır keçirir.

“Bu, immun sistemin vəziyyəti ilə bağlıdır. Epidemioloji vəziyyətin qənaətbəxş olmaması təbii ki, ölüm hallarının statistikasına dayanır. Bu statistikaya hələ stasioanar müalicədə olan ölüm halları daxildir. Ölüm hallarını ambulator xəstələrə, qeydiyyatdan keçməyənlərə aid eləsək, bu rəqəm daha böyük olar. Odur ki, vəziyyətin pisləşmə bütün dünyada qeyd olunur və kollektiv immunitet formalaşana qədər yəqin ki, bu pandemiya da davam edəcək. Proses də bu şəkildə gedəcək, çünki baş verən mutasiyalar və viruslar tamamilə yeni xassələr qazanırlar”.