Azərbaycanda koronavirusa yoluxanlar arasında təkrar yoluxma olub? – TƏBİB açıqladıbackend

Azərbaycanda koronavirusa yoluxanlar arasında təkrar yoluxma olub? – TƏBİB açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada və qonşu ölkələrdə koronavirus təhlükəli hal alıb. Azərbaycanda da yoluxanların sayı sürətlə artaraq 4 minə yaxınlaşıb. Vəziyyətin birdən-birə bu qədər kritikləşməsi bu zamana kimi koronavirusa yoluxan şəxslərin növbəti dəfə COVİD-ə yoluxma ehtimalını gündəmə gətirir.

Bəs bu zamana kimi Azərbaycanda COVİD 19-a yoluxan şəxsin ikinci dəfə bu virusa yoluxma faktı aşkar edilibmi?

Məsələ ilə bağlı TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva Milli.Az-a açıqlama verib:

“İkinci dəfə yoluxmanı bizim qeydə almağımız üçün, onu təsdiqləməyimiz üçün bunu sübuta yetirməyimiz lazımdır ki, həqiqətən, bu insan ilk dəfə xəstələnib, xəstələnəndə qanında müəyyən anticisimlər əmələ gəlib, onların miqdarı nə qədər olub və ikinci dəfə hər hansı bir səbəbdən test verərsə, pozitivlik aşkarlanarsa, o zamankı simptomları, o zaman üçün onun qanındakı immunitetin qoruyuculuğu, bunların hamısı araşdırıldıqdan sonra biz onu yenidən yoluxma faktı kimi təsdiq edə bilərik. Əslində, dünyada hazırda təsdiqlənmiş bir neçə, heç 10-a çatmır bu rəqəmlər ki, təkrar yoluxma faktı təsdiqlənib.

 

Dünyada 60 milyondan çox yoluxma faktı var. Bunların arasından bir neçə nəfərin təkrar yoluxma faktının qeyd olunması təhlükəli bir hal deyil. Biz hazırda əminliklə deyə bilərik ki, ikinci yoluxma halı hələ ki, mümkün deyil. 60 milyonun qarşısında ən azı əhəmiyyətli bir rəqəm olmalıdır ki, biz də bildirək ki, təkrar yoluxma halı mümkündür. Bu gün üçün bu, hələ ki, öz təsdiqini tapmayıb”.