Azərbaycanda körpə uşaqların qəfil ölümü ilə bağlı YENİ FAKTLARbackend

Azərbaycanda körpə uşaqların qəfil ölümü ilə bağlı YENİ FAKTLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Samux rayonunda 2 azyaşlının qəfil vəfat etməsi ilə bağlı araşdırmalar aparılır.

Editor.az xəbər verir ki, rayonun Qarayeri qəsəbə sakini Əfqan Quluzadənin qızı, 26.12.2019-cu il təvəllüdlü Rüqayə Quluzadə dünən səhər saat 6 radələrində ölü vəziyyətində Gəncə şəhər 2 saylı uşaq xəstəxanasına gətirilib. Həkimlər 2 yaşlı qızın daxili qızdırmanın yaratdığı şok nəticəsində vəfat etdiyini ehtimal etdiklərini bildiriblər. Bundan bir neçə saat sonra ailənin dogər övladı, 28.06.2018-ci il təvəllüdlü Nürəddin Quluzadə adanal vəziyyətdə həmin xəstəxanaya çatdırılıb. Bir qədər sonra 3 yaşlı oğlan da vəfat edib.

Bildirilir ki, ailənin 3 övladı var və onların böyük qızının səhhətində problem yaranmayıb. Azyaşlıların sentyabrın 11-i axşam qəbul etdikləri qidanın təsirindən zəhərlənməsi ehtimal edilir. Onlar ötən gün dəfn ediliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.