Azərbaycanda məktəbdə meyit tapıldıbackend

Azərbaycanda məktəbdə meyit tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafada orta məktəbdə meyit tapılıb.

Lent.az xəbər verir ki, hadisə rayonun Saloğlu qəsəbəsində qeydə alınıb.

Qəsəbə kənd orta məktəbində kişi meyiti aşkar edilib. Meyitə baxış keçirilərkən onun məktəbin gözətçisi 53 yaşlı Veys Sadıxov olması müəyyən edilib.

Mühafizəçinin ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırılma aparılır.