Azərbaycanda məktəbli qız qaçırıldıbackend

Azərbaycanda məktəbli qız qaçırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyan rayonunda məktəbli qız qaçırılıb.

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, qız rayonun Qarabağlı kənd 2 saylı tam orta məktəbinin IX sinif şagirdidir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Editor.az-a bildirilib ki, qızın atası tərəfindən polisə müraciət daxil olub:

“Bu gün Salyan rayonunun Qarabağlı kənd sakini S.Cavadov rayon polis şöbəsinə ərizə ilə müraciət edib. O, qızının həmkəndlisi tərəfindən ailə qurmaq məqsədilə qaçırıldığını bildirib. Daxil olan məlumatla əlaqədar araşdırma aparılır”.