AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılov vəfat edib.
Bu barədə onun yaxınları məlumat yayıb.
Xatırlatma: Çingiz İsmayılov 1935-ci ildə Bakıda anadan olub. 1955–1962-ci illərdə “Neftçi” komandasında, müxtəlif illərdə Bakının və Gəncənin “Dinamo”, həmçinin “Neft daşları” komandasında oynayıb.